Bolqarıstan Futbol İttifaqının prezidenti istefa verdi
15.10.2019 - 17:52
Bolqarıstan Futbol İttifaqının prezidenti istefa verdi

Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov istefa verib.

APA-nın məlumatına görə, qurum başçısının istefa ərizəsini oktyabrın 18-də İcraiyyə Komitəsinə təqdim olunacaq.

B.Mixaylovun istefası AVRO-2020-nin seçmə mərhələsinin Bolqarıstan – İngiltərə oyununda (0:6) yaşanan qalmaqalın yaratdığı gərginliklə bağlıdır. Həmin matç azarkeşlərin irqçi davranışlarına görə iki dəfə dayandırılıb.

Qeyd edək ki, futbolçu kimi Bolqarıstan millisində 102 oyun keçirən B.Mixaylov 2005-ci ildən İttifaqın prezidenti vəzifəsini tuturdu.