Bombardir gedə bilər - "Keşlə"dən
29.04.2020 - 15:14
Bombardir gedə bilər - "Keşlə"dən

"Keşlə" hücumçusu Lorenzo Frutosla yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, paraqvaylı forvard komandada qalıb-qalmayacağı ilə bağlı tərəddüd edir.

Mövsümün ilk yarısında 6 qolla çempionatın bombardirlərindən olan 31 yaşlı oyunçu qış fasiləsindən sonra aşağı səviyyədə çıxış edir. Bu il Premyer Liqada baş tutan 6 matçda fərqlənə bilməyən Frutos anqolalı Aleksandr Kristovaonun gəlişindən sonra heyətdəki yerini də itirib.

Doğrudur, baş məşqçi Tərlan Əhmədov komandanın ən məhsuldar oyunçusunun qalmasını istəyir. Bu üzdən ona mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq təklif olunacaq. Ancaq Lorenzo həm maddi şərtlərin, həm də komandadakı mövqeyinin yaxşılaşmasını istəyir. O, digər təklifləri də nəzərdən keçirmək qərarına gəlib.

Qeyd edək ki, Lorenzo Frutos "Keşlə"yə ötən ilin yayında Venesuela klubu "Deportivo Lara"dan keçib.
 

0
Lorenzo Frutos Keşlə klubdan ayrıla bilər