Avropa çempionatlarının final oyunlarında qol vuran ən yaşlı futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya dünən AVRO-2020-nin qalibi olan İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi başçılıq edir.
Təcrübəli futbolçu ikinci hissədə vurduğu cavab qolu (1:1) sayəsində rekordu ələ keçirib. Məhz bu top matçın penaltilər seriyasına qalmasına və “Skuadra Adzurra”nın çempionluğuna yol açıb.
Avropa çempionatları tarixində final görüşlərində qol vuran ən yaşlı 10 futbolçu bunlardır:
1. Leonardo Bonuççi
Ölkəsi: İtaliya
Qol vurduğu turnir: AVRO-2020
Qol vuranda yaşı: 34 yaş 71 gün
2. Bernd Hölzenbeyn
Ölkəsi: Qərbi Almaniya
Qol vurduğu turnir: AVRO-1976
Qol vuranda yaşı: 30 yaş 103 gün
3. Kim Vilfort
Ölkəsi: Danimarka
Qol vurduğu turnir: AVRO-1992
Qol vuranda yaşı: 29 yaş 223 gün
4. Hörst Qrubeş
Ölkəsi: Qərbi Almaniya
Qol vurduğu turnir: AVRO-1980
Qol vuranda yaşı: 29 yaş 66 gün
5. Mişel Platini
Ölkəsi: Fransa
Qol vurduğu turnir: AVRO-1984
Qol vuranda yaşı: 29 yaş 6 gün
6. Eder
Ölkəsi: Portuqaliya
Qol vurduğu turnir: AVRO-2016
Qol vuranda yaşı: 28 yaş 201 gün
7. Karol Dobias
Ölkəsi: Çexoslovakiya
Qol vurduğu turnir: AVRO-1976
Qol vuranda yaşı: 28 yaş 185 gün
8. Fernando Torres
Ölkəsi: İspaniya
Qol vurduğu turnir: AVRO-2012
Qol vuranda yaşı: 28 yaş 103 gün
9. Oliver Birhoff
Ölkəsi: Almaniya
Qol vurduğu turnir: AVRO-1996
Qol vuranda yaşı: 28 yaş 60 gün
10. Herbert Vimmer
Ölkəsi: Qərbi Almaniya
Qol vurduğu turnir: AVRO-1972
Qol vuranda yaşı: 27 yaş 221 gün