Bordin getdi, Dario bağışlanıldı
27.01.2020 - 18:39
Bordin getdi, Dario bağışlanıldı

“Neftçi” Premyer Liqanın XV turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.

Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-də Bakıya qayıdan Bakı klubunun üzvləri birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Sabiq baş məşqçi Roberto Bordinlə mübahisə yaşadığı üçün Türkiyəyə aparılmayan braziliyalı Dario Frederiko da artıq bağışlanılıb və kollektivə qoşulub.

Qeyd edək ki, fevralın 1-də keçiriləcək “Neftçi” - "Sumqayıt" oyunu saat 17:30-da başlayacaq.