Bosniyalı qol maşını dayandı
15.04.2022 - 22:04
Ardıcıl 14 çempionat matçında qol vuran Nemanya Bilbliyanın seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovinadan olan 31 yaşlı hücumçu “Zrinski”nin heyətində fərqlənib.
O, sentyabrın 26-dan aprelin 2-dək olan müddətdə qolları sıralayıb. Bu, XXI əsrin ən uzun seriyalarından biridir. Yalnız 5 oyunçu daha çox matçda fərqlənib.
Qeyd edək ki, 2020-ci ildə Nikita Rukavitsa 13, ötən il Robert Levandovski 14 qarşılaşmada meydanı qolsuz tərk etməyərək ilin rekordçusu olub.
0
0