“Zirə”nin monteneqrolu qolkiperi Boyan Zoqoviçin apasport.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasında ilk yarıdan sonra komandanız 5-ci yerdədir. Həmçinin ölkə kubokunun yarımfinalına adlamısız. Çıxışınızı qənaətbəxş hesab edirsiz?
- Məncə, çempionatın ilk yarısını çox yaxşı da tamamladıq. Ölkə kubokunda yarımfinala adladıq. “Keşlə” bizi altı xal qabaqlayır və ilk “üçlüy”ə düşə bilərik.
- Öz çıxışınızı necə dəyərləndirirsiz? Hər şey gözlədiyiniz kimidir, yoxsa daha inamlı Zoqoviç görə bilərdik?
- Baş məşqçi mənə 7 oyunda əsas heyətdə etimad göstərdi. Məncə, daha yaxşısını edə bilərəm. Bu, mənim Azərbaycanda ilk altı ayım idi və hər şey mənim üçün yenidir. Gələcəkdə daha yaxşı olmaq üçün cəhd edəcəyimə əminəm.
- Son oyunlarda qapıda daha çox Orxan Sadıqlı dayanırdı. Rəqabətdə Orxana uduzduğunuzu demək olar?
- Orxanla münasibətim ideal səviyyədədir. Məşqçinin kimə etimad göstərməyindən asılı olmayaraq həmişə bir-birimizi dəstəkləyirik. Ən önəmli komandamızın uğurudur.
- Sizcə çempionatın arxada qalan hissəsinin ən güclü qapıçısı kimdir?
- Onların hamısının özünəməxsus keyfiyyəti var. Konkret kiminsə adını vurğulamaq istəmirəm. Özümə gəldikdə, yaxşı oynayıb Azərbaycanda qalmaq istəyirəm.
- Premyer Liqanın son illərdə rəqabətsiz olduğu və maraqsız keçdiyi deyilir. Sizin buna münasibətiniz necədir?
- Azərbaycanda yaxşı və sürətli çempionat formalaşıb. Ayrıca təşkilatçılıq və keyfiyyətdən də məmmunam.
- Məsələn, sizə yaxşı pul təklif edilməsəydi, Azərbaycanda oynamağa razı olardız?
- Bilmirəm. Heç də hər yerdə qapıçılara yüksək məbləğdə pul təklif olunmur. Nəzərə alsaq ki, ailəm var və ölkəni dəyişmək istəməzdim.
- İlk yarıda brifinqlər zamanı “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin daha çox seyv etdiyini deyirdiz. Bosniya və herseqovinalı çərçivə qoruyucusu “Qarabağ”a böyük ümidlərlə gətirilsə də, avrokuboklarda sanki digərlərindən ciddi fərqlənmədi. Siz necə fikirləşirsiz, o, 6 ay oynadığı Ağdam klubunda özünü göstərə bildi?
- Asmir Beqoviç yüksək peşəkarlığı ilə seçilən qapıçılardandır. Onun peşəsindən əlavə, insanlıq keyfiyyətləri də təqdirəlayiqdir. Azərbaycanda onunla çox tez-tez görüşürdük. Beqoviçin “Qarabağ” üçün əlindən gəldiyinin ən yaxşısını etdiyinə şübhəm yoxdur.
- “Zirə”də qalacaqslz, yoxsa ayrılmaq üçün təklifiniz var?
- “Zirə”də məni hər şey qane edir. Təbii ki, Avropada klub tapa bilərəm. Amma Azərbaycanda oynamaq mənə xoşdur və burada qalacağıma ümid edirəm.
- Çempionata Samir Abasovla başladız. Daha sonra Zaur Həşimov baş məşqçi postuna dəvət edildi. Onların işini necə fərqləndirərdiz?
- Hər iki məşqçi ilə işləmək xoşdur. Bizim kifayət qədər peşəkar münasibətlərimiz var.
- Monteneqroda sizdən Azərbaycan futbolu və “Zirə” haqda soruşurlar?
- Monteneqroda Azərbaycan çempionatı ilə bağlı məndən çox şey soruşurlar. İnanın, onlara ən xoş sözləri demişəm. Çünki fikirlərim də elə o yöndədir.
- Bəs “Zirə”də oynayaraq Monteneqro millisinə düşmək realdır? Nəzərə alaq ki, yığmadakı qapıçılarınızdan Daniel Petkoviç (“Anje”), Milan Miyatoviç (“Levski”), Matiya Sarkiç (“Livinqston”) o qədər də adlı-sanlı klublarda da oynamırlar...
- Monteneqro millisinin aşağı yaş qruplarının hamısına dəvət almışam. Bir dəfə A yığmasına da çağırılmışam. Amma şanssızlıqdan bu imkandan istifadə edə bilməmişəm. Hazırda 30 yaşım var və əlimdən gələnin ən yaxşısını edəcəm ki, Monteneqro millisinə dəvət almaq şanslarım da yüksək olsun.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı