Boykota qoşuldu – FİFA
30.04.2021 - 11:39
Boykota qoşuldu – FİFA

Sosial şəbəkələrin futbol ictimaiyyəti tərəfindən boykot edilməsi aksiyası genişlənir.

Apasport.az saytının məlumatına görə, UEFA-nın ardından FİFA da İngiltərə futbol klubları və təşkilatlarının addımını dəstəkləyib.

Bu, dünya futbol qurumunun bəyanatında əksini tapıb. Bildirilib ki, FİFA sosial şəbəkə və hökumətləri irqçilik və ayrı-seçkiliklə mübarizəyə çağırır.

Qeyd edək ki, İngiltərə klubları aprelin 30-dan mayın 3-dək sosial şəbəkələrdə heç nə paylaşmayacaq. Bu, səhifələrdə yer alan irqçilik və ayrı-seçkiliyə etiraz xarakteri daşıyır. Eyni addımı UEFA və FİFA-da atacaq.