Böyük Britaniya tarixinin ən böyük klubları – “10-luq”
13.05.2021 - 00:49
Böyük Britaniya tarixinin ən böyük klubları – “10-luq”

Böyük Britaniyada bütün dövrlərin ən yaxşı 50 futbol klubunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda İngiltərə təmsilçiləri çoxluq təşkil edir.

Təsadüfi deyil ki, ilk “10-luq”dakı komandalardan 9-u məhz ingilislərdir. Şotlandiyanın böyük klublarından “Seltik” Britaniyanın ən yaxşı 5-ci klubudursa, “Reyncers” cədvəldə 13-cüdür.

Sıralama mükafat sayına, qazanılan kubokların əhəmiyyətinə, oyunçularının fərdi uğurlarına, stadiona, qazanılan pula, oyunçularının dünya çempionluğuna və bu kimi bir çox amillərə əsasən müəyyənləşdirilib.

İlk “10-luq” aşağıdakı kimidir:

1. “Mançester Yunayted”
Uğurları:
İngiltərə çempionatı (20 dəfə), İngiltərə Federasiya Kuboku (12), İngiltərə Liqa Kuboku (5), İngiltərə Superkuboku (21), Çempionlar Liqası (3), UEFA Kuboku/Avropa Liqası (2), Avropa Superkuboku (1), Klublararası Dünya Çempionatı (1)

2. “Liverpul”
Uğurları:
İngiltərə çempionatı (19), İngiltərə Federasiya Kuboku (7), İngiltərə Liqa Kuboku (8), İngiltərə Superkuboku (15), Çempionlar Liqası (6), UEFA Kuboku (3), Avropa Superkuboku (4), Klublararası Dünya Çempionatı (1)

3. “Arsenal”
Uğurları:
İngiltərə çempionatı (13), İngiltərə Federasiya Kuboku (14), İngiltərə Liqa Kuboku (2), İngiltərə Superkuboku (16), UEFA Kuboku (1)

4. “Çelsi”
Uğurları:
İngiltərə çempionatı (6), İngiltərə Federasiya Kuboku (8), İngiltərə Liqa Kuboku (5), İngiltərə Superkuboku (4), Çempionlar Liqası (1), UEFA Kuboku/Avropa Liqası (4), Avropa Superkuboku (1)

5. “Seltik”
Uğurları:
Şotlandiya çempionatı (51), Şotlandiya Kuboku (40), Şotlandiya Liqa Kuboku (19), Çempionlar Liqası (1)

6. “Tottenhem”
Uğurları:
İngiltərə çempionatı (2), İngiltərə Federasiya Kuboku (8), İngiltərə Liqa Kuboku (4), İngiltərə Superkuboku (7), Kuboklar Kuboku (1), UEFA Kuboku (2)

7. “Mançester Siti”
Uğurları:
İngiltərə çempionatı (6), İngiltərə Federasiya Kuboku (6), İngiltərə Liqa Kuboku (8), İngiltərə Superkuboku (6), Kuboklar Kuboku (1)

8. “Everton”
Uğurları:
İngiltərə çempionatı (9), İngiltərə Federasiya Kuboku (5), İngiltərə Superkuboku (9), Kuboklar Kuboku (1)

9. “Aston Villa”
Uğurları:
İngiltərə çempionatı (7), İngiltərə Federasiya Kuboku (7), İngiltərə Liqa Kuboku (5), İngiltərə Superkuboku (1), Çempionlar Liqası (1), İntertoto Kuboku (1), Avropa Superkuboku (1)

10. “Lids”
Uğurları:
İngiltərə çempionatı (3), İngiltərə Federasiya Kuboku (1), İngiltərə Liqa Kuboku (1), İngiltərə Superkuboku (2)