Braziliya şansını qaçırdı
28.01.2022 - 22:11
Braziliya şansını qaçırdı

Braziliya FİFA reytinqində birinci pilləyə yüksəlmək şansını qaçırıb.

Apasport.az saytının məlumatına görə, buna DÇ-2022-nin Ekvadorla seçmə oyunundakı heç-heçə səbəb olub.

1:1 hesablı bərabərlik “pentakampeonlar”ın Belçikanı keçməsinə mane olub. Titenin yetirmələri yalnız qələbə ilə birinci pilləyə yüksələ bilərdi.

3 il 4 aydır zirvədə qərarlaşan Belçika isə mövqeyini qorumaqdadır. Lakin Braziliya növbəti seçmə oyunda “qırmızı iblislər”i taxtdan sala bilər.