Braziliya millisi fikrini dəyişdi – futbolçular bəyanat yaydılar
09.06.2021 - 09:22
Braziliya millisi Amerika Kuboku turnirindən imtina fikrini dəyişib.
Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionunun futbolçuları yarışa qatılmaq niyyətindədirlər.
Braziliya Futbol Konfederasiyası Amerika Kubokuna qatılmaqdan imtina etsə də, futbolçular iştirak etmək arzusundadırlar. Millinin oyunçuları hətta bununla bağlı bəyanat da yayıblar. Onlar istənilən halda yığmanın formasını geyinməkdən imtina etməyəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Amerika Kubokunun 13 iyun – 10 iyul tarixlərində Braziliyada keçirilməsi nəzərdə tutulub.
0
0