DÇ-2022-nin seçmə mərhələsinin KONMEBOL zonasında sonuncu turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, yarımçıq qalan Braziliya – Argentina matçı nəzərə alınmasa, seçmə mərhələ başa çatıb.
Son turun görüşləri zonanın qalibinin adına aydınlıq gətirib. Boliviyada 4 cavabsız qolla qalib gələn Braziliya 1-ci yeri tutub. “Sambaçılar” Argentina ilə qalan matçın nəticəsindən asılı olmayaraq rəqibi üçün əlçatmaz olub. İkinci yerlə mundiala yollanan argentinalılar isə Ekvadorla qarşılaşmada xal itkisi ilə üzləşib.
Pley-offa yollanacaq komandanın adına son tur aydınlıq gətirib. Paraqvay üzərində qələbə qazanan Peru 5-ci yerin sahibi kimi mundial şansını saxlayıb. Kolumbiya Venesuelanı məğlub etsə də, bu, yetərli olmayıb.
DÇ-2022 seçmə mərhələsi
KONMEBOL zonası
XVIII tur, 29 mart
Boliviya – Braziliya – 0:4
Paketa, 24, Rişarilson, 45, 90+1, Gimaraeş, 66
Çili – Uruqvay – 0:2
Suares, 79, Valverde, 90
Ekvador – Argentina – 1:1
Valensiya, 90+3 – Alvares, 24
Peru – Paraqvay – 2:0
Lapadula, 5, Yotun, 42
Venesuela – Kolumbiya – 0:1
Hames, 45+4 (pen.)
1 |
Braziliya |
17 |
14 |
3 |
0 |
40-5 |
45 |
2 |
Argentina |
17 |
11 |
6 |
0 |
27-8 |
39 |
3 |
Uruqvay |
18 |
8 |
4 |
6 |
22-22 |
28 |
4 |
Ekvador |
18 |
7 |
5 |
6 |
27-19 |
26 |
5 |
Peru |
18 |
7 |
3 |
8 |
19-22 |
24 |
6 |
Kolumbiya |
18 |
5 |
8 |
5 |
20-19 |
23 |
7 |
Çili |
18 |
5 |
4 |
9 |
19-26 |
19 |
8 |
Paraqvay |
18 |
3 |
7 |
8 |
12-26 |
16 |
9 |
Boliviya |
18 |
4 |
3 |
11 |
23-42 |
15 |
10 |
Venesuela |
18 |
3 |
1 |
14 |
14-34 |
10 |