"Səbail"in futbolçusu Eriko da Silvanın karyerasını yenidən Rumıniyada davam etdirmək ehtimalı yaranıb.
Apasport.az saytının məlumatına görə, "Sepsi" braziliyalı müdafiəçinin xidmətində maraqlı olub.
31 yaşlı oyunçu həmçinin Rumıniyanın başqa bir neçə kubunun da diqqət mərkəzində olmasına baxmayaraq, onların hamısı sonrdan geri addım atıb. Buna səbəb Erikonun zədələnməsi olub. Mərkəz müdafiəçisinin məsələsinə mövsümün sonunda yenidən baxılması gözlənilir.
Qeyd edək ki, karyerası ərzində Rumıniyada "Universitatya Kluj", "Panduri" və "Astra"nın formasını geyinən Eriko da Silvanın "Səbail"lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək