Almaniyanın “Leypziq” klubu futbolçusu Dayot Upamekano ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi 22 yaşlı müdafiəçini qış transfer pəncərəsində satmayacaq.
Klub rəhbərliyi oyunçunu buraxmaq istəmir. Baxmayaraq ki, Upamekanonun agenti ilə danışıqlara başlamaq arzusunda olan klubların sayı kifayət qədərdir.
2021-ci ilin yayında Upamekanonun müqaviləsindəki transfer bəndi qüvvəyə minəcək. Həmin vaxt Avropa nəhəngləri fransalını anlaşmasında qeyd olunan 42 milyon avroya transfer edə bilər.
Qeyd edək ki, futbolçu “Çelsi”, “Arsenal”, “Bavariya”, “Liverpul”, “Mançester Yunayted”, “Real” və “Barselona” kimi klubların maraq dairəsindədir.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı