Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, norveçli forvard Almaniya Bundesliqasının XV turunda “Leypziq”lə səfər görüşündə buna nail olub.
71 və 84-cü dəqiqələrdə fərqlənərək dubl edən gənc oyunçu Bundesliqadakı ilk 25 oyununda 25-ci qolunu vurub. Bu isə Almaniya yüksək liqası tarixində ən uğurlu startdır. Buna qədər rekord “Hamburq”dakı ilk 25 matçında 23 qol vuran Uve Zeelerə məxsus idi.
Qeyd edək ki, “Leypziq” üzərində 3:1 hesablı qələbə qazanan “Borussiya” 28 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı