Bundesliqada 2 rekord
25.01.2020 - 09:45
Bundesliqada 2 rekord

Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland Almaniya Bundesliqasında iki rekord vurub.

Apasport.az saytının məlumatına görə, “Köln”lə dünən keçirilən matçın 65-ci dəqiqəsində meydana daxil olan 19 yaşlı istedad dubla imza ataraq 5:1 hesablı qələbədə rol oynayıb.

Bundesliqada keçirdiyi iki qarşılaşmada cəmi 59 dəqiqə meydanda olan norveçli forvard artıq 5 qol vurub. O, yarışın tarixində 5 qolu 1 saatdan az müddətdə vuran ilk futbolçu olub. Erlinq həm də ilk iki oyununda ən çox top vuran debütant kimi Bundesliqa tarixinə düşüb.

Qeyd edək ki, skandinaviyalı Avstriya təmsilçisi “Zalsburq”dan 20 milyon avroya transfer olunub.
 

0