Bundesliqada 4 aylıq baş məşqçi
13.03.2022 - 17:01
“Herta”da baş məşqçi istefası reallaşıb.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi çalışdırıcısı Tayfun Korkutla əməkdaşlığı çox davam etdirməyib.
Berlinlilər türkiyəli çalışdırıcı ilə yolların ayrıldığını açıqlayıb. Buna səbəb komandanın uğursuz çıxışına Korkutun da çarə olmamasıdır. Bununla ötən ilin noyabrında baş məşqçi təyin olunan 48 yaşlı mütəxəssis postunda cəmi 4 ay qala bilib.
Qeyd edək ki, “Herta” 26 turdan sonra 23 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
0
0