Burak Yılmaz fikrini dəyişdi
15.04.2022 - 22:57
Burak Yılmaz fikrini dəyişdi

“Lill”in hücumçusu Burak Yılmaz fikrini dəyişib.

Apasport.az saytının “Fanatik”ə istinadən məlumatına görə, 37 yaşlı forvard “Qalatasaray”la anlaşıb.

Bir müddət əvvəl “Beşiktaş”la danışıq aparan Türkiyə millisinin sabiq üzvü fikrini dəyişərək, “cim-bom”la ilkin razılığa gəlib. “Sarı-qırmızılar”da prezidentin məsləhətçisi vəzifəsini icra edən Luis Kampos veteran futbolçu ilə görüşərək, onunla anlaşıb. Burakın “Qalatasaray”da illik maaşının 850 min avro olması gözlənilir. Üstəlik, hər oyunda iştiraka görə də əlavə mükafat qazanacaq.

Qeyd edək ki, yayda “Lill”i azad agent kimi tərk edəcək Burak Yılmaz 2012-2016-cı illərdə “Qalatasaray”da oynayıb.