Buskets İnyestanı keçdi
22.04.2022 - 09:32
Buskets İnyestanı keçdi

İspaniya La Liqasında XXXIII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasına vəsiqələr uğrunda mübarizə aparan “Real Sosyedad” və “Barselona” üz-üzə gəlib.

Matçın taleyini Pyer-Emerik Obameyanqın qolu həll edib. 1:0 hesabı ilə qalib gələn “Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets Kataloniya klubundakı oyun sayında 3-cü yerin tək sahibi olub.

O, komandasının heyətində 675-ci matçını keçirib. Bununla da Buskets Andres İnyestanı arxada qoyub.

Qeyd edə ki, yalnız Lionel Messi (778) və Xavi (767) daha çox oyun keçirib.