ÇL-də penaltidən fərqlənməyən ən məhsuldar futbolçular - SİYAHI
24.04.2022 - 15:36
ÇL-də penaltidən fərqlənməyən ən məhsuldar futbolçular - SİYAHI

Çempionlar Liqası (ÇL) tarixinin ən məhsuldar futbolçularının sıralamasında ilk 22 yerdə qərarlaşanların hamısı ən azı bir dəfə də olsa penaltidən fərqlənib.

Apasport.az saytının məlumatına görə, ÇL-də penaltidən heç vaxt qol vurmayanlar arasında ən məhsuldar oyunçu Fernando Moryentesdir.

İspaniyalı sabiq hücumçu qitənin ən nüfuzlu klub turnirində 33 dəfə oyun epizodundan rəqib qapılarına yol tapıb. Onun ən yaxın izləyiciləri fransalı David Trezeqe və niderlandlı Patrik Klyuvertdir.

Bu siyahının ilk “10-luğ”unda qərarlaşanlardan yalnız ikisi karyerasını davam etdirir. Bunlar Edin Dzeko və Rahim Sterlinqdir. Son olaraq məhz Sterlinq ilk “10-luğ”a düşməyi bacarıb.

1. Fernando Moryentes - 33 qol
Mövqeyi: Hücumçu
Çempionlar Liqasında oynadığı klublar: “Real”, “Monako”, “Liverpul”, “Valensiya”
Keçirdiyi oyun sayı: 93
Vurduğu qol sayı: 33
Orta hesabla hər oyunda qol sayı: 0,35

2. David Trezeqe - 29 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Monako”, “Yuventus”
Keçirdiyi oyun sayı: 58
Vurduğu qol sayı: 29
Orta hesabla hər oyunda qol sayı: 0,50

3. Patrik Klyuvert - 29 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Ayaks”, “Barselona”
Keçirdiyi oyun sayı: 71
Vurduğu qol sayı: 29
Orta hesabla hər oyunda qol sayı: 0,41

4. Rayan Giqqz - 28 qol
Mövqeyi: Yarımmüdafiəçi
Oynadığı klub: “Mançester Yunayted”
Keçirdiyi oyun sayı: 145
Vurduğu qol sayı: 28
Orta hesabla hər oyunda qol sayı: 0,19

5. Mario Qomes - 26 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Ştutqart”, “Bavariya”
Keçirdiyi oyun sayı: 44
Vurduğu qol sayı: 26
Orta hesabla hər oyunda qol sayı: 0,59

6. Mario Jardel - 25 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Porto”, “Qalatasaray”
Keçirdiyi oyun sayı: 46
Vurduğu qol sayı: 25
Orta hesabla hər oyunda qol sayı: 0,54

7. Edin Dzeko - 25 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”
Keçirdiyi oyun sayı: 62
Vurduğu qol sayı: 25
Orta hesabla hər oyunda qol sayı: 0,40

8. Ernan Krespo - 25 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Parma”, “Latsio”, “İnter”, “Çelsi”, “Milan”
Keçirdiyi oyun sayı: 65
Vurduğu qol sayı: 25
Orta hesabla hər oyunda qol sayı: 0,38

9. Covane Elber - 24 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Bavariya”, “Lion”
Keçirdiyi oyun sayı: 69
Vurduğu qol sayı: 24
Orta hesabla hər oyunda qol sayı: 0,35

10. Rahim Sterlinq - 24 qol
Mövqeyi: Hücumçu
Oynadığı klublar: “Mançester Siti”
Keçirdiyi oyun sayı: 71
Vurduğu qol sayı: 24
Orta hesabla hər oyunda qol sayı: 0,34