ÇL: Turun futbolçusu adına 4 namizəd
24.10.2019 - 08:43
Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
APA-nın məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.
Bunlar Paulo Dibala (“Yuventus”), Aleks Oksleyd-Çemberlen (“Yuventus”), Kilian Mbappe (PSJ) və Rahim Sterlinqdir (“Mançester Siti”).
Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı oktyabrın 25-də açıqlanacaq.
0
0