ÇL: Turun futbolçusu adına 4 namizəd
07.11.2019 - 08:51
ÇL: Turun futbolçusu adına 4 namizəd

Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

APA-nın məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.

Bunlar Aşraf Hakimi (“Borussiya” D), Rodriqo (“Real”), Son Xin Min (“Tottenhem”) və Keylor Navasdır (PSJ). 

Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı noyabrın 8-də açıqlanacaq.