Futbol üzrə Norveç çempionatı dayandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Norveç Futbol Federasiyasının (NFF) rəsmi saytı yayıb.
Buna səbəb koronavirus pandemiyasının ölkədə yayılmasıdır. Qurumun prezidenti Terye Svendsenin sözlərinə görə, 2020-ci ilin sonuna kimi çempionat oyunları keçirilməyəcək. Son 14 turun matçlarının payız aylarında sıx təqvimlə təşkili mümkün olmadığından, çempionat ləğv edilib. Çempionun elan olunmaması qərara alınıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç klubu "Molde" ilə qarşılaşacaq. Oyun sentyabrın 16-də Kiprdəki “AEK Arena”da keçiriləcək.