Çempionatın bombardirini istəyir - "Mançester Yunayted"
11.05.2020 - 22:54
Çempionatın bombardirini istəyir - "Mançester Yunayted"

"Benfika"nın hücumçusu Karlos Vinisyus İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Mançester Yunayted" braziliyalı forvardı transfer etmək fikrinə düşüb.

"Qırmızı şeytanlar" Portuqaliya çempionatının bombardirinin komandanın hücum xəttinə güc qatacağını düşünür. Klublar arasında danışıqlara start verilməsə də, "mankunianlar" qarşı tərəflə təmasa hazırlaşırlar.

Qeyd edək ki, Karlos Vinisyus "Benfika"ya ötən il "Napoli"dən keçib. 25 yaşlı oyunçu koronavirus pandemiyası səbəbindən dayandırılan Portuqaliya çempionatının XXIV turundan sonra 15 qolla bombardirlər yarışına başçılıq edir.