Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunları öncəsi turnirin ən məhsuldar fransalı futbolçularının adları dərc edilib.
Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsində aktivinə qol yazdıran siyahıdakı bəzi oyunçular yarımfinalda da sayı artıra bilər.
Bu mənada gözlər daha çox Kərim Benzemanın üzərində olacaq. 70 qol səddinə çatan 5 oyunçudan biri olan “Real”ın forvardı daha 2 dəfə fərqlənsə, “kral klubu”nun əfsanəvi oyunçusu Raul Qonzalesi geridə qoyacaq.
İndiyə qədər Çempionlar Liqasında 20-dən çox qol vuran cəmi 7 oyunçu var ki, onlardan 3-ü karyerasını davam etdirir. Komandası hələ də turnirdə yoluna davam edən Kilian Mbappe isə cəmi 22 yaşı olmasına baxmayaraq, artıq 27 dəfə fərqlənib. PSJ-nin oyunçusunun ilk “üçlüy”ə düşməsi üçün 3 topa ehtiyacı var.
ÇL-də ən çox qol vuran fransızlar:
1. Kərim Benzema - 70 qol

2. Tyerri Anri - 50

3. David Trezege - 29

4. Jan-Pyerr Papin - 28

5. Kilian Mbappe - 27

6. Antuan Qrizmann - 25

7. Nikolya Anelka - 20
