Kərim Benzema Çempionlar Liqasında 85-ci qolunu vurub.
Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu yarımfinalın “Mançester Siti” ilə səfərdə baş tutan ilk matçında dubla imza atıb.
O, komandasının 3:4 hesabı ilə uduzduğu görüşdə iki dəfə fərqlənib. Fransalı Çempionlar Liqası tarixinin bombardirləri siyahısında 4-cü pillədədir.
Təsnifat mərhələləri nəzərə alınmamaqla Çempionlar Liqasında ən çox qol vuran “11-lik”:
1. Kriştiano Ronaldo (Portuqaliya) - 140
2. Lionel Messi (Argentina) - 125
3. Robert Levandovski (Polşa) - 86
4. Kərim Benzema (Fransa) - 85
5. Raul (İspaniya) - 71
6. Ruud van Nistelroy (Niderland) - 56
7. Tomas Müller (Almaniya) - 52
8. Tyerri Anri (Fransa) - 50
9. Alfredo di Stefano (İspaniya) - 49
10-11. Andrey Şevçenko (Ukrayna) – 48
Zlatan İbrahimoviç (İsveç) – 48