Cerrard müdafiəçisini saxlayacaq
27.04.2022 - 23:29
Cerrard müdafiəçisini saxlayacaq

“Aston Villa” Eşli Yanqı heyətində saxlayacaq.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Stiven Cerrard açıqlayıb.

O bildirib ki, müdafiəçinin qalmasının tərəfdarıdır. Mütəxəssis bu barədə futbolçu ilə də danışıb. Cerrard müqaviləsi mövsümün sonunda başa çatacaq Yanqın anlaşmanı uzatmasını istəyir.

Qeyd edək ki, 36 yaşlı müdafiəçi cari mövsümdə 23 matçda 2 assistə imza atıb.