Çexiya yığması AVRO-2020-yə yollanacaq futbolçuları müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Yaroslav Şilavi qitə birinciliyinə aparmağı düşündüyü 26 oyunçudan 25-nin adını açıqlayıb.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü hücumçudur. Çalışdırıcı iyunun 1-dəki yekun heyətə daha bir futbolçu əlavə edəcək.
Qapıçılar: Aleş Mandus, Yiri Pavlenka, Tomaş Vaçlik;
Müdafiəçilər: Yan Boril, Yakub Brabeç, Vladimir Kufal, Andrey Çelustka, Pavel Kaderabek, Tomaş Kalas, Aleş Mateyu, David Zima;
Yarımmüdafiəçilər: Antonin Barak, Vladimir Darida, Adam Qlojek, Tomaş Holeş, Yakub Yantko, Aleks Kral, Lukaş Masopust, Yakub Peşak, Tomaş Suşek, Petr Şevciç;
Hücumçular: Mixal Krmençik, Tomaş Pekart, Patrik Şik, Matey Vidra.
Qeyd edək ki, AVRO-2020-nin D qrupunda qərarlaşan Çexiya millisi Şotlandiya, Xorvatiya və İngiltərə ilə mübarizə aparacaq.