Ceyms Şarpla görüşdü – Elxan Məmmədov
08.05.2021 - 12:32
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub.
Görüş zamanı AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda AVRO-2020-nin rəsmi maskotu “Skillzi” ilə şəkil çəkdirib.
0
0