Çində də çempionat başlayır
01.07.2020 - 12:31
Futbol üzrə Çin çempionatının başlama tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Çin Futbol Assosiasiyası (CFA) açıqlayıb.
Koronavirus pandemiyası üzündən yubanan start iyulun 25-nə planlaşdırılıb. Öncədən yarışın fevralın 22-də başlaması nəzərdə tutulmuşdu.
Çempionatın bütün matçları azarkeşsiz keçiriləcək. 16 komanda iki qrupda mübarizə aparacaq. Hər qrupdan 4 komanda pley-offa yüksələcək. Sonuncular isə yerini qorumaq uğrunda mübarizə aparacaq.
0
0