Cəmi 1 milyon avroya – Jirunun transferi reallaşır
09.07.2021 - 10:09
Fransa millisinin və İngiltərə “Çelsi”sinin futbolçusu Olivye Jirunun İtaliya “Milan”ına transferi ilə bağlı razılıq əldə olunub.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi 34 yaşlı hücumçunun keçidi üçün londonlulara cəmi 1 milyon avro ödəyəcək.
Bu rəqəm bonuslar hesabına ikiqat arta da bilər. Bu, Jirunun “Milan”dakı çıxışından asılı olacaq.
Fransalının özü də artıq “Milan”la 2 illik müqavilə barədə razılığa gəlib. O, ildə 3,5 milyon qazanacaq.
0
0