Çoxdan bu günə düşmürdü – “Çelsi”
27.12.2019 - 01:46
Çoxdan bu günə düşmürdü – “Çelsi”

İngiltərənin “Çelsi” Premyer Liqada ardıcıl ikinci ev oyununda qola və xala həsrət qalıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi XIX turda “Sauthempton”a 0:2 hesabı ilə uduzub.

Frenk Lempardın yetirmələri iki həftə əvvəl “Bornmut”a 0:1 hesabı ilə məğlub olmuşdu. “Zadəganlar”ın Premyer Liqada ardıcıl iki ev oyununu qol vurmadan uduzması çoxdandır qeydə alınmırdı.

Sonuncu belə hadisə 1998-ci ilin əvvəllərində yaşanıb. Həmin vaxt oynayan baş məşqçi Canluka Viallinin yetirmələri ardıcıl iki dəfə doğma azarkeşlərini üzülüb. Fevralın 28-də “Mançester Yunayted”, martın 8-də “Aston Villa”ya eyni – 0:1 hesabı ilə uduzan “Çelsi” 1997/98 mövsümünü 4-cü pillədə başa vurub.