Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, yarışa son vəsiqəni Asiya Çempionlar Liqasının qalibi olan “Əl-Hilal” qazanıb.
Səudiyyə Ərəbistanı təmsilçisi dekabrın 11-21-də keçiriləcək yarışın 7-ci iştirakçısı olub. Qətərin paytaxtı Dohada baş tutacaq 6 konfederasiyanın Çempionlar Liqasının qalibi və təşkilatçı ölkənin çempionu mübarizə aparacaq.
I mərhələ
11 dekabr
1. 21:30. “Əl-Sədd” (Qətər) – “Hienqheyn” (Yeni Kaledoniya)
II mərhələ
14 dekabr
2. 18:00. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – “Esperans” (Tunis)
3. 21:30. “Monterrey” (Meksika) – 1-ci oyunun qalibi
5-ci yer uğrunda
17 dekabr
4. 18:30. 2-ci oyunun məğlubu – 3-cü oyunun məğlubu
Yarımfinal
17 dekabr
5. 21:30. “Flamenqo” (Braziliya) – 3-cü oyunun qalibi
18 dekabr
6. 21:30. 2-ci oyunun qalibi – “Liverpul” (Ingiltərə)
3-cü yer uğrunda
21 dekabr
7. 18:30. 5-ci oyunun məğlubu – 6-cı oyunun məğlubu
Final
21 dekabr
8. 21:30. 5-ci oyunun qalibi - 6-cı oyunun qalibi