DÇ-2022-nin KONKAKAF zonası üzrə II seçmə mərhələsinin oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra 3 komanda mundiala yollanmaq şansını artırıb.
Axırıncı matçda qələbə qazanan Kanada, Panama və Salvador yığmaları son seçmə mərhələyə yüksəlib. Onlar ən yaxşı 5 komandaya - Meksika, ABŞ, Kosta Rika, Yamayka və Hondurasa qoşulacaq. Burada isə adıçəkilən millilər ev-səfər prinsipi ilə bir qrupda mübarizə aparacaq.
Ən yüksək nəticə göstərən 3 komanda dünya çempionatına birbaşa vəsiqə qazanacaq, 4-cü yerin sahibi isə qitələrarası pley-offda iştirak edəcək.