Dabonun müqavilə müddəti bilindi – “Apollon”la
01.06.2020 - 09:56
Dabonun müqavilə müddəti bilindi – “Apollon”la

“Neftçi”nin hücumçusu Baqali Dabonun “Apollon”la müqavilə müddəti müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilib ki, bakılılarla müqavilə müddəti başa çatan fransalı forvard Limassol təmsilçisi ilə 1+1 illik saziş bağlayacaq. Bu isə o deməkdir ki, 32 yaşlı oyunçu növbəti mövsüm özünü müsbət tərəfdən göstərsə, sözləşməsi daha 1 il müddətinə uzadılacaq.

Qeyd edək ki, “Neftçi”nin müdafiəçisi Vild-Donald Gerye də komandadan ayrıldığını açıqlayıb.