Dadaşov məğlubiyyətə üzüldü
30.11.2019 - 19:09
Dadaşov məğlubiyyətə üzüldü

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “Proyssen” klubunun futbolçusu 3-cü liqanın XVII turunun iştirakçısı olub.

Onun komandası evdə “Valdhof”la görüşüb. Meydan sahibləri bu qarşılaşmada 1:3 hesabı ilə uduzublar.

Matça ehtiyat oyunçular skamyasından başlayan hücumçumuz 73-cü dəqiqədə meydana daxil olub. O, komandasının məğlubiyyətdən qaçmasına kömək edə bilməyib.

Qeyd edək ki, 17 oyunda cəmi 13 xal toplayan Münster təmsilçisi 20 komanda arasında 19-cudur.