Dadaşov oynadı, komandası 1/4 finala yüksəldi
19.12.2019 - 01:04
Dadaşov oynadı, komandası 1/4 finala yüksəldi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şərəfini qoruduğu “Pakuş Ferreyra”da növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner Portuqaliya kubokunda meydana çıxıb.

Onun komandası evdə “Espinyo” ilə qarşılaşıb. 1/8 final mərhələsinin görüşündə üç cavabsız qol vuran meydan sahibləri qələbə qazanıblar.

Bununla da “Pakuş Ferreyra” 1/4 finala yüksəlib. Matça ehtiyat oyunçular skamyasında başlayan R.Dadaşov 83-cü dəqiqədə meydana daxil olub.