AFFA aşağı yaş qrupu üzrə milli komandalar üçün daha 2 futbolçunu milliləşdirib.
Apasport.az saytının məlumatına görə, Türkiyədə çıxış edən Əmrə Yıldırım və Serhan Üresin 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb.
Onlar sentyabrın 24-dən 30-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
“Dənizlispor”un yetirməsi olan Əmrə hazırda bu klubun U-19 komandasının formasını geyinir. 18 yaşlı mərkəz müdafiəçisi uzun boyu olması ilə (190 sm) diqqət çəkir.
2002-ci il təvəllüdlü digər oyunçu Serhan yarımmüdafiəçi mövqeyində çıxış edir. O isə “Başakşəhər”in yetirməsidir.