Daha 2 təklif – “Barselona”nın futbolçusuna
20.05.2021 - 11:32
“Barselona”nın yarımmüdafiəçisi Miralem Pyeniç daha iki klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Çelsi” və PSJ 31 yaşlı orta sahə oyunçusunu heyətinə cəlb etməyi planlaşdırır.
Bosniya və Herseqovina millisinin üzvünü transferə çıxaran “Barselona” onunla yollarını ayırmaqda qərarlıdır. Ancaq Pyaniçin adıçəkilən komandalardan birinə icarəyə verilmə variantı da mövcuddur.
Qeyd edək ki, bu mövsüm “Barselona”nın heyətində 29 oyunda iştirak edən Miralem Pyaniçin “Yuventus”a qayıtmaq ehtimalı da var.
0
0