“Bavariya”nın hücumçusu Robert Levandovski ilə maraqlanan klubların sayı artır.
Apasport.az saytının məlumatına görə, polşalı ulduz futbolçu daha 3 klubdan təklif alıb.
“Real”dan sonra “Mançester Siti”, “Çelsi” və PSJ də 33 yaşlı forvardı heyətinə cəlb etmək fikrinə düşüb. Maraqlıdır ki, “Bavariya” oyunçusunu yola salmağın əleyhinə deyil. Ancaq Münhen təmsilçisi onun satışından 60 milyon avroluq gəlir əldə etməyi planlaşdırır. Həmçinin Levandovski də özünü Premyer Liqada sınamaq arzusundadır.
Qeyd edək ki, 2014-cü ildən “Bavariya”nın formasını geyinən Robert Levandovski cari mövsüm Bundesliqada 36 qol vurub.