Daha bir imza - “Neftçi”də
02.06.2020 - 12:02
“Neftçi” daha bir yerli futbolçusunu komandada saxlayıb.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Ömər Buludov Bakı klubu ilə müqavilə müddətini uzadıb.
“Flaqman” öz yetirməsi olan gənc oyunçu ilə gələn il mayın 31-nə qədər olan anlaşmanı daha 1 illiyə artırıb. Bununla kapitan Emin Mahmudov və müdafiəçi Anton Krivotsyukdan sonra Ömərin də “Neftçi”də qalacağı dəqiqləşib.
Əcnəbilərdən isə müdafiəçi Vild-Donald Gerye ilə yollar ayrılıb, hücumçu Baqali Dabonun da gedişi gözlənilir.
Qeyd edək ki, Ömər Buludov bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.
0
0