Daha bir yeni müqavilə - “Neftçi”də
03.06.2020 - 11:46
Transfer dönəminin fəal komandası “Neftçi”də daha bir futbolçu ilə bağlı qərar verilib.
Apasport.az saytının məlumatına görə, qapıçı Kamran İbrahimov Bakı klubunda saxlanılıb.
20 yaşlı qolkiperlə başa çatan müqavilə müddəti daha 2 illik uzadılıb. İbrahimov artıq 2022-ci il mayın sonunadək “ağ-qaralar”a məxsusdur.
Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludovla yeni müqavilə imzalayan “Neftçi” haitili futbolçu Vild-Donald Gerye ilə yollarını ayırıb.
0
0