Daha iki koronavirus - İngiltərədə
07.06.2020 - 23:32
Daha iki koronavirus - İngiltərədə

İngiltərənin Çempionşip klublarının növbəti koronavirus testinin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbolçulardan və klub işçilərindən ümumilikdə 1179 test götürülüb.

İki yeni koronavirus infeksiyası aşkarlandığı və onların fərqli klublardan olduğu bildirilib. Lakin həmin şəxslərin adları gizli saxlanılıb. Bu, mövsümün bərpasından öncə son test olub.

Qeyd edək ki, Çempionşipdə indiyə qədər ümumilikdə 14 nəfərdə koronavirus aşkarlanıb.