Daha iki qayıdış - “Cenoa”da
03.01.2020 - 10:48
Daha iki qayıdış - “Cenoa”da

İtaliyanın “Cenoa” klubu qış fasiləsində heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, qapıçı Mattia Perinin ardınca Valon Behrami də Genuya təmsilçisinə keçib.

34 yaşlı isveçrəli azad agent statusu ilə A seriyası klubuna qoşulub. Oktyabrda “Syon”dan ayrılan V.Behrami üçün “Cenoa” yeni komanda deyil. Yarımmüdafiəçi 2003/04 mövsümündə də burada çıxış edib.

Genuyalılar hücumçu Mattia Destro ilə də güclənəcək. “Bolonya”nın 28 yaşlı hücumçusu mövsümün sonuna qədər icarəyə götürülür. Bunun rəsmiləşməsi üçün futbolçunun tibbi müayinədən keçməsi qalıb. M.Destro 2010/11 mövsümündə də “Cenoa”nın şərəfini qoruyub.