Dalqlişdən təklif: “Ukrayna DÇ-2026-ya birbaşa çıxsın”
12.04.2022 - 14:50
Dalqlişdən təklif: “Ukrayna DÇ-2026-ya birbaşa çıxsın”

“Liverpul”un əfsanəsi Kenni Dalqliş yeni təklif irəli sürüb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun futbolçusu və baş məşqçisi kimi məşhurlaşan veteran Ukraynanın DÇ-2026-ya birbaşa vəsiqə verilməsini istəyir.

Dalqliş bu ölkənin yığmasının seçmə mərhələdə oynamadan mundiala yüksəlməli olduğu qənaətindədir: “Ukraynalı oyunçular və futbol assosiasiyasının belə durumla üzləşməsi onların günahı deyil. Onların çoxu Ukraynadan kənarda oynasa da, baş verənlər ailələrinə təsir edib. Onlara təzyiq etmək düzgün olmaz. “Növbəti dünya çempionatı üçün sizə seçmə mərhələni keçmək lazım deyil” demək əla təklif olar”.

Qeyd edək ki, DÇ-2022-nin pley-offunun yarımfinalında Şotlandiya ilə martda qarşılaşmalı olan Ukraynanın görüşü iyuna təxirə salınsa da, matçın baş tutması hələ də sual altındadır.