Daniele de Rossi “Boka Xuniors”da qalır
19.11.2019 - 00:12
İtaliyalı futbolçu Daniele de Rossi karyerasını daha bir il davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Argentinanın “Boka Xuniors” klubunda çıxış edən yarımmüdafiəçi müqaviləsini uzadacaq.
36 yaşlı futbolçu ilə yeni anlaşma 2021-ci ilə qədər nəzərdə tutulub. Bu ilin yayında Argentina klubuna keçən yarımmüdafiəçi zədələr səbəbindən cəmi 5 matça çıxıb.
Bu səbəbdən onun ilin sonunda Avropaya qayıdacağı gözlənilirdi. Lakin klub rəhbərliyi məşhur futbolçunu daha bir saxlamağa qərar verib.
Qeyd edək ki, Argentinaya gedənədək Rossi yalnız bir klubda – “Roma”da çıxış edib.
0
0