Dava düşdü - “Sabah” – “Neftçi” oyunundan sonra
25.04.2021 - 22:02
Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Sabah” – “Neftçi” oyunundan sonra xoşagəlməz hallar yaşanıb.
Apasport.az saytının məlumatına görə, baş hakimin final fitindən dərhal sonra meydançada insident yaşanıb.
Hər iki komandanın futbolçuları, məşqçiləri və nümayəndələri arasında kütləvi baş verən dava-dalaş koridorda davam edib. İnsidentə “Neftçi”nin baş məşqçisi Samir Abasov da qoşulub. Maraqlıdır ki, onu sakitləşdirənlər arasında “Sabah”dakı həmkarı Ramin Quliyev də olub.
Qeyd edək ki, “Sabah”ın 3 futbolçusunun qırmızı vərəqə aldığı görüş 2:2 hesabı ilə yekunlaşıb.
0
0