De Byazi “Neftçi”nin oyununda - Sloveniyada
21.06.2021 - 12:02
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu yerli “Olimpiya” ilə üz-üzə gələcək.
Qarşılaşma “Kodeljevo Sport Ljubljana” stadionunda baş tutacaq. Görüşü Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi də izləyəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0