De Liqt “Yuventus”dan gedir? – özü açıqladı
02.03.2022 - 00:32
De Liqt “Yuventus”dan gedir? – özü açıqladı

“Yuventus”un müdafiəçisi Mattiys de Liqt yayda Turin klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü bu xəbəri təsdiqləməyib.

Lakin 23 yaşlı mərkəz müdafiəçisi təkzib də etməyib. O, mövsümün sonuna qədər bu barədə düşünmək istəmədiyini söyləyib: “Menecerim Mino Rayola bu variantı üç ay əvvəl deyib. Bu müddətdə çox şey dəyişə bilər. Hazırda bütün diqqətimi cari mövsümdəki çıxışlara yönəltmişəm. “Yuventus”da oynamağı xoşlayıram. Hər həftə yeni bir şey öyrənirəm”.

Qeyd edək ki, Mattiys de Liqtin “Yuventus”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.