Debütantla 1,5 milyon avroya razılaşdı - Riberi
06.09.2021 - 14:13
Debütantla 1,5 milyon avroya razılaşdı - Riberi

“Bavariya”nın əfsanəvi futbolçusu Frank Riberinin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi karyerasını “Salernitana”da davam etdirəcək.

Ötən mövsümü “Fiorentina”da keçirən 38 yaşlı hücumameyilli oyunçu A seriyasının debütantı ilə anlaşıb. Riberi tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün Salernoya yollanıb. İtaliya klubu ilə 1 illik müqavilə imzalayacaq veteran futbolçunun maaşı 1,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Frank Riberi ötən mövsüm “Fiorentina”nın heyətində 29 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə verib.