Dembele Messiyə çatdı
11.04.2022 - 12:06
“Barselona”nın hücumçusu Usman Dembele assist sayında PSJ-dəki həmkarı Lionel Messiyə çatıb.
Apasport.az saytının məlumatına görə, fransalı futbolçu La Liqanın XXXI turunda “Levante” ilə matçda buna nail olub.
Komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə ilk qolun məhsuldar ötürməsini verən Dembele 2022-ci ildəki assist sayını 9-a yüksəldib. Bununla o, bir gün əvvəl PSJ-nin heyətində “Klermon”la qarşılaşmada 3 assist müəllifi olan Messinin göstəricisinə çatıb.
Hazırda onlar “böyük beşlik” ölkələrində 2022-ci ildə ən çox qol ötürməsi verən oyunçulardır.
0
0